Bakı metrosunda YENİLİK - "Gedişhaqqı məsafəyə görə təyin ediləcək"
13 May 2025, 12:08
Qaynar xətt:
(+99450) 247 90 86Mehriban Əliyeva körpələr evində — FOTOLAR
CƏMİYYƏT
215
15.04.2025, 19:45
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar.
Oxu24.com xəbər verir ki, 1 saylı körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi surətdə burada olur, körpələrin sağlamlıqları, onların yaşayış şəraiti ilə daim maraqlanır, balacalara xüsusi qayğı ilə yanaşırlar.
Qeyd edək ki, körpələr evinin 1930-cu ildə tikilən binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub.
Daim nəcib təşəbbüsləri ilə seçilən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onların savadlı olmasına xüsusi diqqətlə yanaşır. Beləliklə, gələcəyimiz olan uşaqlarla bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldular.
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva bu müəssisəni də tez-tez ziyarət edir, bayram günlərində buranın sakinləri ilə görüşür, onları hədiyyələrlə sevindirirlər.
Hazırda 1 saylı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşadək 100 uşaq var. Onların təhsil alması, idmanla məşğul olması və sağlamlıqlarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
Həmçinin oxuyun
Müəssisənin sakinləri sevimli qonaqları olan birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanı həmişə şeir, mahnı və ədəbi proqramla qarşılayıblar. Bu dəfə də istisna olmadı.
Heydər Əliyev Fondu yarandığı gündən bu müəssisəni diqqətdə saxlayır, burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan bu müəssisənin açılışı 2005-ci ildə Azərbaycanın birinci xanımının iştirakı ilə olub. 2017-ci ildə isə buranın iki sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, gənclərə mənzil və avtomobil hədiyyə olunub.
12:14 / 13 May 2025
Prezident Yaşar Güləri qəbul etdi - Fotolar
2
12:08 / 13 May 2025
Bakı metrosunda YENİLİK - "Gedişhaqqı məsafəyə görə təyin ediləcək"
39
12:03 / 13 May 2025
Azərbaycanda “Bayraktar” PUA-ları istehsal ediləcək
6
12:00 / 13 May 2025
Diqqət! Sənəd qəbulu başladı
9
11:51 / 13 May 2025
Qayınata gəlinini öldürdü — Tükürpədici detallar
11
11:31 / 13 May 2025
Bu universitetin dekanı vəfat etdi - FOTO
132
11:17 / 13 May 2025
Prezidentin qulaq asdığı “Taleyim mənim” mahnısının maraqlı taleyi — Arxiv araşdırması +VİDEOLAR
335
10:58 / 13 May 2025
Avtobus və metroda gedişhaqqı yeniliyi – Qiymət dəyişir?
28
10:55 / 13 May 2025
1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
18
10:55 / 13 May 2025
18 yaşlı oğlan ölüb
23
10:19 / 13 May 2025
Qaz olmayacaq
24
10:15 / 13 May 2025
Mert Hakan Yandaşın ayağı kəsilir?
24
10:14 / 13 May 2025
Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
22
10:00 / 13 May 2025
Ərdoğandan Rusiya və Ukraynaya - Çağırış
28
09:58 / 13 May 2025
Bakıda ağır qəza: Həyatını itirən var
554
09:55 / 13 May 2025
22 yaşlı gənc həlak oldu
22
09:50 / 13 May 2025
Alçanı duzla yeməyin ziyanları
35
09:40 / 13 May 2025
Solaxaylara pis xəbər - Bu xəstəliklərə daha çox meyllidirlər
31
09:30 / 13 May 2025
"Elza onun yolunu kəsir"
25
09:20 / 13 May 2025
Azərbaycanda nə qədər tibb bacısı var?
27
09:10 / 13 May 2025
Rusiya ilə ultimatumla danışmaq mümkün deyil - Peskov
24
09:00 / 13 May 2025
Bakıda mağazanın tualetindən meyit tapıldı
36
23:51 / 12 May 2025
41 yaşlı kişi atdan yıxılıb öldü
163
23:25 / 12 May 2025
Trampdan tarixi qərar - Dərman qiymətləri ilə bağlı mühüm dəyişiklik - FOTO
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.